Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilib - YENİLƏNİB

Ermənistanda Paşinyanın istefası tələbi ilə mitinq keçirilib - YENİLƏNİB
# 20 fevral 2021 19:36 (UTC +04:00)

İrəvandə Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə keçirilən mitinq hökumət binasının qarşısında başa çatıb.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

“Daşnaktsütyun” partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar.

***

saat 15:36

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə mitinq keçirilir.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, mitinq Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”nın təşkilatçılığı ilə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR