Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırılır
# 05 avqust 2020 17:57 (UTC +04:00)

Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin saytı məlumat yayıb.

Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edir. Bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq.

Hazırda Ermənistanda Rusiyanın “Birinci kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası “Mir” telekanalı, habelə ABŞ-ın CNN telekanalı açıq yayımlanır. Qərar qüvvəyə minəndən sonra Ermənistan ərazisində yalnız “Mir” telekanalının açıq yayımına icazə veriləcək.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfirliyi bir qədər əvvəl İrəvanın bu niyyətindən narahatlığını bildirmişdi. Rusiya tərəfi bəyanatlarında dəfələrlə vurğulamışdı ki, məsələnin nizamlanması üçün dialoqa hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR