Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub - YENİLƏNİB-1

Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub - YENİLƏNİB-1
  • Clock-gray 20:38
  • calendar-gray 05 Fevral 2021

Ermənistanın Çəmbərək rayonunda bir neçə dəqiqəlik fasilələrlə 3 dəfə zəlzələ baş verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə 5.2 bal gücündə, daha sonra isə 3.8 və 4.2 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentrinin Gürcüstan sərhədindən 81, 80 və 79 kilometr məsafədə, Azərbaycanla sərhəddə yerləşdiyi bildirilib.

***

20:30

Bu gün yerli vaxtla saat 19:36-da Ermənistanda Göyçə gölünün yanında baş verən zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

APA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

***

20:18

Ermənistanda Göyçə gölünün yaxınlığında yerli vaxtla saat 19:35-də zəlzələ qeydə alınıb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, 5.2 bal gücündə baş verən zəlzələnin episentri Gürcüstanla sərhəddən 81 kilometr aralıda, Azərbaycanla sərhəddə yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın qərb bölgələrində və Gürcüstanda da hiss edilib.

Səid Babazadə

Digər xəbərlər