Ermənistanda deputatın avtomobilinin şüşəsi sındırılaraq qarət edilib

Ermənistanda deputatın avtomobilinin şüşəsi sındırılaraq qarət edilib
# 18 yanvar 2020 13:36 (UTC +04:00)

Ermənistanda naməlum şəxs və ya şəxslər deputatın avtomobilinin şüşəsini sındırıb.

APA-nın "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə millət vəkili, Ermənistan Parlamentindəki "Mənim addımım" blokunun üzvü Gevorq Papoyan özünün "Facebook" səhifəsində yazıb.

"Ümid edirəm ki, bunu edən və maşından şəxsi sənədlərim olan portfeli oğurlayanlar tezliklə tapılacaq. Hadisə barədə artıq polisə bildirmişəm", - deyə erməni deputat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR