Ermənistanda fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb

Ermənistanda fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb
# 12 iyun 2020 11:21 (UTC +04:00)

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-dək uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Xatırladaq ki, Ermənistanda indiyədək 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR