Ermənistanda hərbi komissarlığın binasının döşəməsi çöküb, 11 nəfər xəsarət alıb

Ermənistanda hərbi komissarlığın binasının döşəməsi çöküb, 11 nəfər xəsarət alıb
# 19 dekabr 2019 18:58 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda hərbi komissarlığın yerləşdiyi binanın döşəməsi çöküb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə binanın birinci mərtəbəsində qeydə alınıb, nəticədə 11 nəfər xəsarət alıb.

Döşəmənin çökməsinə binanın köhnə olması səbəb kimi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR