Ermənistanda indiyədək 7 774 nəfər koronavirusa yoluxub, 98 nəfər ölüb

Ermənistanda indiyədək 7 774 nəfər koronavirusa yoluxub, 98 nəfər ölüb
# 27 may 2020 10:55 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 372 yoluxma halı aşkarlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.

Xəstəlikdən ümumilikdə 98 nəfər ölüb. Koronavirusdan sağalanların sayı isə 3 255 nəfərdir. Ölkədə indiyədək 53 678 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR