Ermənistanda itkin düşən hərbçilərdən biri ölüb

Ermənistanda itkin düşən hərbçilərdən biri ölüb
  • Clock-gray 10:34
  • calendar-gray 23 Mart 2021

Ermənistanda itkin düşən iki hərbçidən biri ölüb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əsgər Karen Şahnazaryan xəstəxanaya çatdırılıb, lakin digər əsgər Aqasi Ovannisyanın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, martın 22-də Ermənistan Müdafiə Nazirliyi Cermux şəhərindəki hərbi hissələrdən birində iki əsgərin itkin düşməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, martın 21-də güclü çovğunda döyüş məntəqəsindən qayıdarkən müqaviləli iki hərbçi qulluqçu ilə əlaqə itib.

Zümrüd Paşkin

Digər xəbərlər