Ermənistanda konstitusiya dəyişiklikləri ciddi narazılığa səbəb olub

Ermənistanda konstitusiya dəyişiklikləri ciddi narazılığa səbəb olub
# 22 iyun 2020 16:19 (UTC +04:00)

Ermənistan parlamenti konstitusiyaya dəyişiklikləri birinci oxunuşda qəbul edib.

APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, 89 deputat qanun layihəsinin lehinə səs verib.

Qanun layihəsinə görə, Konstitusiya Məhkəməsinin üzvlərinin və ya hakimlərinin səlahiyyətləri, konstitusiyanın 7-ci fəsli qüvvəyə minməzdən əvvəl əgər onlar 12 il dən çox vəzifədə olublarsa, dayandırılacaq. Hakim və ya məhkəmə üzvü konstitusiyanın VII fəsli qüvvəyə minməzdən əvvəl 12 il müddətindən az vəzifədə olubsa, o 12 illik müddəti bitənə qədər vəzifədə qalacaq. Əgər qanun təsdiqlənərsə, onda Konstitusiya Məhkəməsinin hazırkı hakimlərinin səlahiyyətləri dayandırılacaq, məhkəmə sədri isə məhkəmə üzvü olacaq.

Konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının tövsiyəsinin nəzərə alınmadığı vurğulanıb.

Ermənistanda aprelin 5-də konstitusiya ilə bağlı referendum keçirilməsi gözlənilirdi. Referendumda məhkəmə sədri və məhkəmənin 6 üzvünün fəaliyyəti dayandırılacaqdı. Lakin pandemiya ilə əlaqədar ölkədə elan olunan fövqəladə vəziyyətə görə referendum keçirilməyib.

Ermənistanın Helsinki Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Avetik İşxanyan özünün Facebook səhifəsində yazıb ki, bu dəqiqələrdə Ermənistan parlamentində demokratiya adı altında hüquqi dövlətin məhv edilməsi baş verir: “Bununla da Yeni Ermənistanda epidemioloji vəziyyətdən yararlanan baş nazir 89 oyuncaq deputata əmrlər verərək və beynəlxalq öhdəliklərə tüpürərək antikonstitusion çevriliş həyata keçirir. Əgər bu antikonstitusion, qeyri-qanuni layihə qanuniləşərsə, yeni Ermənistan adlandırılan ölkə orta əsrlər qaranlığına yuvarlanacaq”.

O vurğulayıb ki, mövcud situasiyanı iki müxalifət fraksiyası xilas edə bilər: “Əgər bu fraksiyalar Konstitusiya Məhkəməsinə müraciət etməsələr, o zaman başqaları ilə birlikdə gələcək nəsillər qarşısında məsuliyyət daşıyacaq, heç bir bəhanə və izahatları qəbul edilməyəcək. Bu fraksiyaların deputatlarının isə hər hansı dəyər barədə danışmağa əxlaqi cəhətdən haqları çatmayacaq”.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan vurğulayıb ki, Nikol Paşinyanın Konstitusiya Məhkəməsinə aylarla sürən təzyiqi, referendumun iflası və parlamentin bugünkü iclasın da daxil olduğu layihə hakimiyyəti mənimsəmə cinayətinin tərkib hissəsidir: “Nikol Paşinyan qrup şəklində cinayətə gedir, hakimiyyətin qəsbi və konstitusion quruluşun devrilməsi ən azı 89 deputat vasitəsilə baş verir”.

“Vətən” partiyasının sədri “Konstitusion quruluşun bərpası Komitəsi”nin yaradılması təşəbbüsü ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR