Ermənistanda koronavirusa yoluxanların sayı 122-yə çatıb - YENİLƏNİB

Ermənistanda koronavirusa yoluxanların sayı 122-yə çatıb - YENİLƏNİB
# 19 mart 2020 14:22 (UTC +04:00)

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 122-yə çatıb.

APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə Naziri Arsen Torosyan mətbuat konfransında deyib.

"Ermənistanda daha 7 yoluxma halı qeydə alınıb. Bununla da yoluxanların sayı 122-yə çatıb", - deyə nazir bildirib.

***

saat 10:32

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib.

O deyib ki, ölkədə daha 5 nəfər koronavirusa yoluxub.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da Ermənistanda koronavirusa yoluxmuş şəxslərin sayı 115-ə çatıb.

Xatırladaq ki, Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR