Ermənistanda koronavirusa yoluxanların sayı 169022 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 169022 nəfərə çatıb
# 13 fevral 2021 11:17 (UTC +04:00)

Ermənistanda son sutkada 192 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169022-yə çatıb.

Son sutka ərzində koronavirusdan daha 2 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3140-a çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR