Ermənistanda koronavirusa yoluxanların sayı 44 783 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 44 783 nəfərə çatıb
# 06 sentyabr 2020 10:58 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 44 783 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 134 nəfər koronavirusa yoluxub.

Ötən gün Ermənistanda virusa yoluxan daha 2 nəfər ölüb və bu ölkədə koronavirusdan ölənlərin sayı 897 nəfərə çatıb.

Ermənistanda koronavirusa yoluxan, ancaq digər səbəblərdən ölənlərin sayı 275 nəfərdir. Hazırda ölkədə 3 522 aktiv xəstə var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR