Ermənistanda koronavirusa yoluxanların sayı 977 olub, 13 nəfər ölüb - YENİLƏNİB

Ermənistanda koronavirusa yoluxanların sayı 977 olub, 13 nəfər ölüb - YENİLƏNİB
  • Clock-gray 13:52
  • calendar-gray 11 Aprel 2020

Ermənistanda daha 11 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan açıqlama verib.  

O bildirib ki, bununla yoluxanların sayı 977-yə çatıb.

Bu gün səhər yoluxanların ümumi sayının 966 nəfər olduğu açıqlanmışdı.

***

12.01

Ermənistanda koronavirusa yoluxanların sayı artıb.

APA-nın məlumatına görə, son sutka ərzində 29 yeni yoluxma qeydə alınıb. Aprelin 11-nə olan məlumata görə, koronavirusa yoluxanların ümumi sayı 966-ya çatıb.

Ölənlərin ümumi sayı isə 13 nəfərdir.

apa-logo-mini

Digər xəbərlər