Ermənistanda koronavirusdan ölənlərin sayı 400-ə yaxınlaşır - YENİLƏNİB

Ermənistanda koronavirusdan ölənlərin sayı 400-ə yaxınlaşır - YENİLƏNİB
# 25 iyun 2020 11:04 (UTC +04:00)

Ermənistanda son sutka ərzində daha 771 nəfər COVID-19-a yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 22 488 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 11 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 397 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 11 335 nəfərdir.

***

saat 10:13

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 771 yoluxma halı qeydə alınıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Ermənistanın Səhiyyə naziri Arsen Torosyan hökumətin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.

Nazir qeyd edib ki, ötən sutka ərzində ölkədə 2336 test götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR