Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
# 03 aprel 2020 02:34 (UTC +04:00)

Ermənistanda son bir gündə koronavirus infeksiyasından üçüncü ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə virusdan ölənlərin sayı 7 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

“Kliniki infeksion xəstəxanasında ölüm faktı qeydə alınıb. 76 yaşlı xəstədə koronavirusa yoluxma, təsdiqlənmiş ikitərəfli poliseqmentar pnevmoniya var idi. Bundan başqa, qadın digər xroniki xəstəliklərdən, yəni şəkərli diabet və arterial hipertoniyadan da əziyyət çəkirdi”, - deyə Nikoqosyan özünün “Facebook” səhifəsində yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR