Ermənistanda kriminal avtoritet güllələnib

Ermənistanda kriminal avtoritet güllələnib
  • Clock-gray 16:38
  • calendar-gray 23 Mart 2021

Ermənistanda kriminal avtoritet güllələnib.

APA-nın xəbərinə görə, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Başından və bədənindən çox saylı güllə yaraları alan "Boksçu Samo” kimi tanınan kriminal avtoritet Samvel Matevosyan Vanadzor şəhər xəstəxanasına yerləşdirilib. 

Saytın məlumatına görə, vəziyyəti ağır olan S. Matevosyan martın 22-də Vanadzor-Dilican yolunda avtomobil qəzasına düşüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Polisin versiyasına görə, avtomobil qəzasının güllənmə ilə əlaqəsi var.

 

Fərid Əkbərov

Digər xəbərlər