Ermənistanda müxalifət liderinə qarış 3 cinayət işi açılıb, 100-dən çox tərəfdarı saxlanılıb - VİDEO - YENİLƏNİB

Ermənistanda müxalifət liderinə qarış 3 cinayət işi açılıb, 100-dən çox tərəfdarı saxlanılıb  - VİDEO - YENİLƏNİB
# 14 iyun 2020 17:52 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı daha iki cinayət işi açıldığı barədə məlumat yayıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya rəhbərliyi və partiya üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verdiyini açıqlayıb.

İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb.

Ermənistan Dövlət Təhlükəsizlik Xidməti Q. Tsarukyanı Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə də torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram ( 685 min dollar) ziyan vurulub.

Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yaymışdı.

İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyana deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”.
Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və indiyə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir.

Q. Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidməti yanında aksiya keçirir. Partiya sədrinin 100-dən çox tərəfdarı saxlanılıb. Həmin şəxslər koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən fövqəladə vəziyyət rejimini pozmaqda günahlandırılır.

***

saat 13.42

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinə 60 milyon dollar ziyan vurulması ilə bağlı cinayət işi açılıb, istintaq və məhkəmə-prosessual hərəkətlərinə başlanıb.

Bu gün səhər Q. Tsarukyana məxsus villada və “Çiçəklənən Ermənistan” Partiyasının regionlardakı ofislərində axtarışlar aparılıb.

“Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi Sveta Tonoyan bəyan edib ki, Q. Tsarukyan şirkəti etibarnamə ilə idarəetməyə verib və özü bizneslə məşğul deyil.

İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyan deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”.

Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırıldığını bildirib: “Mən hazırda ifadə verməyə gedirəm, ancaq hansı suallara cavab verməli olduğumu bilmirəm. Məni şantaj etmək, qorxutmaq nəticə verməyəcək”.

Xatırladaq ki, “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan parlamentində ikinci böyük fraksiyaya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR