Ermənistanda nazir istefa verib

   Ermənistanda nazir istefa verib
  • Clock-gray 15:16
  • calendar-gray 31 Mart 2021

Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyan istefa verib.

APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir özünün Facebook səhifəsində yazıb. O, nazirlikdə sonuncu iş günü olduğunu qeyd edib: “Ermənistan vətəndaşı kimi bir məmurun vətəndaşa qarşı güc tətbiq etməsini qəbuledilməz hesab edirəm”.

Nazirin mətbuat katibi isə məlumatı təsdiqləməyib, Arşakyanın fəaliyyətini davam etdirdiyini deyib.

Qeyd edək ki, bir neçə gün öncə Akop Arşakyan ona iş vaxtında nə üçün kafedə olduğunu soruşan jurnalist Paylak Fərhadyana hücum edib. Nazir daha sonra bu hərəkətinə görə jurnalistdən və kafenin işçilərindən üzr istəyib.

apa-logo-mini

Digər xəbərlər