Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 077 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla ölkədə COVID-19-a yoluxanların sayı 146 317 nəfərə çatıb.
Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2 445 nəfərdir.