Ermənistanda son sutkada COVID-19-dan 28 nəfər ölüb

Ermənistanda son sutkada COVID-19-dan 28 nəfər ölüb
# 02 noyabr 2020 11:00 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 194 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 93 448 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 56 466 nəfərin sağaldığı, 1 391 nəfərin isə öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR