Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 920 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla ölkədə COVID-19-a yoluxanların sayı 153173 nəfərə çatıb.
Ermənistanda indiyədək bu xəstəlikdən ölənlərin sayı 2616 nəfərdir.