Ermənistanda son sutkada koronavirusdan 26 nəfər ölüb

Ermənistanda son sutkada koronavirusdan 26 nəfər ölüb
# 08 noyabr 2020 11:00 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 175 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 104 249 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 64 179 nəfərin sağaldığı, 1 559 nəfərin isə öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR