Ermənistanın güc strukturlarının rəhbərləri dəyişib

Ermənistanın güc strukturlarının rəhbərləri dəyişib
# 08 iyun 2020 15:42 (UTC +04:00)

Ermənistanda güc strukturlarının rəhbərləri dəyişib.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, Ermənistanın Baş Naziri Nikol Paşinyan "Facebook"da bildirib ki, general-leytenant Onik Qasparyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, polkovnik Argişt Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru və polkovnik Vahe Kazaryan Polis rəisi təyin olunublar.

Qeyd edək ki, Baş Qərargah rəisi Artak Davtyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və Polis rəisi Arman Sarkisyanın istefa ərizələri qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR