Ermənistanın müxalifət liderləri növbədənkənar seçkilərdə iştirak etməyəcəklərini açıqlayıb

Ermənistanın müxalifət liderləri növbədənkənar seçkilərdə iştirak etməyəcəklərini açıqlayıb
# 18 mart 2021 19:33 (UTC +04:00)
Ermənistanın bir neçə müxalifət partiyasının liderləri növbədənkənar parlament seçkilərində iştirak etməyəcəklərini bildirib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, "Vətənin xilası hərəkatı"nın rəhbəri Vazgen Manukyan və Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi növbədənkənar seçkilərə qatılmayacağını açıqlayıb.
Vazgen Manukyan iyunun 20-də keçirilməsi planlaşdırılan bu seçkilərin ümumiyyətlə olacağına şübhə etdiyini deyib: "Nikol Paşinyan dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Ancaq buna baxmayaraq, bu seçki keçirilsə belə mən bu seçkidə iştirak etməyəcəyəm".
Əlavə edək ki, bu hərəkata daxil olan digər iki partiya - Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" və Artur Vanetsyanın "Vətən" partiyaları artıq bu seçkilərə qatılacağını elan ediblər.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi mövcud Seçki Məcəlləsinə görə seçkilərə qatılmayacağını açıqlayıb: "Hakimiyyət və parlamentdəki müxalifət təmsilçilərinin açıqlamalarından belə qənaətə gəlmək olur ki, seçkilər mövcud "Seçki Məcəlləsi" çərçivəsində "reytinqli" səsverməni saxlayaraq keçiriləcək. Keçmiş hakimiyyət orqanlarının cəmiyyətimizə tətbiq etdiyi "majoritar-reytinq" sisteminin siyasi sistemlərdəki korrupsiya və böhranın əsas səbəblərindən biri olduğu təsdiqlənib. Belə seçkini kəskin şəkildə rədd edirik".
Xatırladaq ki, Ermənistan Baş nazir Nikol Paşinyan iyunun 20-də ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR