Ermənistanın yeni Baş Qərargah rəisi: "Silahlı Qüvvələr siyasi məsələlərdə öz neytrallığını saxlayacaq"

Ermənistanın yeni Baş Qərargah rəisi: "Silahlı Qüvvələr siyasi məsələlərdə öz neytrallığını saxlayacaq"
# 22 mart 2021 13:10 (UTC +04:00)

"Ermənistan silahlı qüvvələri siyasi məsələlərdə öz neytrallığını saxlayacaq".

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postuna yeni təyin olunan Artak Davtyanın açıqlamasında bildirilib.

"Konstitusiyadakı statusuna görə hökumətin nəzarəti altında fəaliyyət göstərən və eyni zamanda mülki nəzarətdə olan Ermənistan Silahlı Qüvvələri yalnız müdafiə, təhlükəsizlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı təmin etmək öhdəliyini rəhbər tutaraq siyasi məsələlərdə bitərəf olacaq", bəyanatda qeyd olunub.

Qeyd edək ki, Artak Davtyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da bildirib.

O qeyd edib ki, qanunun gücü ilə A. Davtyan Baş Qərargahın rəisi təyin edilmiş sayılır. Ölkənin Ədliyyə naziri Rüstəm Badasyan da jurnalistlərə açıqlamasında bildirib ki, Onik Qasparyan bu postdan azad olunub, Artak Davtyan bu vəzifəyə təyin olunub və bu məsələdə heç bir qeyri-qanuni məqam yoxdur. Ədliyyə naziri əlavə edib ki, məhkəmə O.Qasparyanı yenidən öz vəzifəsinə qaytara bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR