Exit poll: Nazarbayevin partiyası parlament seçkilərində 71,97%-lə liderdir

Exit poll: Nazarbayevin partiyası parlament seçkilərində 71,97%-lə liderdir
  • Clock-gray 23:23
  • calendar-gray 10 Yanvar 2021

Qazaxıstanda parlamentin aşağı palatası olan Məclisə və yerli təmsilçilik orqanlarına seçkilər başa çatıb.

APA “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, “Koqamduk Pikir” (İctimai Rəy) tədqiqat institutunun keçirdiyi exit poll-un nəticələrinə görə, Nursultan Nazarbayevin rəhbərlik etdiyi Nur Otan Partiyası seçicilərin 71,97 faizinin dəstəyini qazanıb.

Seçkidə iştirak edən digər partiyaların topladığı seçici səsləri isə aşağıdakı kimidir: 

Qazaxıstan Xalq Partiyası (keçmiş kommunistlər) - 9.03%

“Ayıl” Xalq Demokrat Partiyası  - 5.75%

"Ak Jol" Demokrat Partiyası - 10,18%

"Adal" Partiyası - 3.07%

Qeyd edək ki, Məclisə daxil olmaq üçün partiyalar ümumi səs sayının ən azı 7% -ni toplamalıdır.

Məlumat üçün bildirək ki, Məclis 107 deputatdan ibarətdir, onlardan 98-i gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında partiya siyahıları ilə seçilir. 

Məclis deputatlarının səlahiyyət müddəti beş ildir. 

Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrini yanvarın 11-də açıqlayacaq.

 

apa-logo-mini

Digər xəbərlər