Giorgi Qaxariya Gürcüstanın Baş naziri təyin olunub

Giorgi Qaxariya Gürcüstanın Baş naziri təyin olunub
# 24 dekabr 2020 22:43 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin yenilənmiş hökumətə etimad göstərməsindən sonra Giorgi Qaxariyanın ölkənin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə Gürcüstan liderinin administrasiyası tərəfindən məlumat yayılıb.

“Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, Giorgi Gaxariya Gürcüstanın Baş naziri təyin edilsin”, - deyə Zurabişvilinin fərmanında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR