Gələn il Dumaya seçkilərdə "Vahid Rusiya"nın siyahısına Putin başçılıq edə bilər

Gələn il Dumaya seçkilərdə "Vahid Rusiya"nın siyahısına Putin başçılıq edə bilər
# 02 mart 2020 11:23 (UTC +04:00)

2021-ci ildə Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə "Vahid Rusiya" Partiyasının siyahısına 2007-ci ildə olduğu kimi Prezident Vladimir Putin başçılıq edə bilər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzeti Kreml administrasiyasına yaxın iki mənbəyə istinadən məlumat yayıb. Qəzetin yazıdğına görə, bu, Putin 2024-cü ildə prezident seçkilərində iştirakdan imtina edəcəyi təqdirdə hakimiyyətin ötürülməsinin stabilliyini təmin etmək üçün lazımdır. Prezident Admınistasiyasındakı mənbə Kremlin partiyanın reytinqini yüksəltmək üçün kömək etdiyini də bildirib.

Ötən həftə "Meduza" portalı Prezident Administrasiyası və "Vahid Rusiya" Partiyasındakı mənbələrinə istinadən Dövlət Dumasına keçiriləcək seçkilərə qədər partiyanın Ümumrusiya Xalq Cəbhəsi hərəkatı ilə birləşdiriləcəyinin planlaşdırıldığını yazıb. Bunun cəmiyyətdə "Vahid Rusiya" Partiyası ilə bağlı neqativdən qurtulmaq üçün planlaşdırıldığı bildirilib.

Bundan başqa, qəzet "Vahid Rusiya" Partiyasının liderininin də (Hazırda partiyaya Dmitri Medvedyev rəhbərlik edir - red.) dəyişəcəyini, strukturunun yenidən formalaşdırılıcağını yazır. Partiyanın Ali Şurasının katibinin müavini Sergey Perminov və Ümumrusiya Xalq Cəbhəsi hərəkatının Mərkəzi Qərargahının üzvü Nikolay Qovorin belə layihənin müzkairə olunmadığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR