Gürcüstan-Azərbaycan sərhədindəki silahlı insidentə görə saxlanılan şəxsə ittiham irəli sürülüb

Gürcüstan-Azərbaycan sərhədindəki silahlı insidentə görə saxlanılan şəxsə ittiham irəli sürülüb
# 16 yanvar 2020 14:29 (UTC +04:00)

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində baş verən silahlı insidentə görə saxlanılan Gürcüstan vətəndaşı Giorgi İçukaidzeyə qarşı rəsmi ittiham aktı irəli sürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs qanunsuz olaraq odlu silah və sursat əldə etmə, saxlama, girov götürmək, həyati təhlükə yaradan zorakılıq törətməkdə ittiham olunub.

Qeyd edək ki, yanvarın 14-də Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində insident baş verib. İnsident zamanı bir nəfər Gürcüstan vətəndaşı odlu silahdan istifadə etməklə Gürcüstan sərhəd keşikçilərini hədələyərək Azərbaycanla razılaşdırılmamış hissələrə keçməyə cəhd göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR