Gürcüstan Azərbaycana təşəkkür edib

Gürcüstan Azərbaycana təşəkkür edib
# 14 aprel 2020 22:43 (UTC +04:00)

Gürcüstan Xarici İşlər naziri koronavirusla mübarizədə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısı David Zalkaliani özünün "Twitter" hesabında paylaşım edib.

Nazir bildirib ki, Heydər Əliyev Mərkəzinin üzərində Gürcüstan bayrağının rəngləri əks olunmaqla Azərbaycan Gürcüstana güclü dəstək mesajı göndərib.

“Heydər Əliyev Mərkəzini Gürcüstan bayrağının rəngləri ilə işıqlandıraraq bizə güclü dəstək mesajı göndərdiyin üçün təşəkkürlər, Azərbaycan. Qələbə üçün qarşılıqlı yardımlaşmanın artırılmasından daha yaxşı yol yoxdur”, - deyə paylaşımda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR