Gürcüstan əcnəbi vətəndaşların ölkədə qanuni qalma müddətini artırıb

Gürcüstan əcnəbi vətəndaşların ölkədə qanuni qalma müddətini artırıb
  • Clock-gray 01:30
  • calendar-gray 17 Dekabr 2020

COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlər səbəbindən Gürcüstanda qanuni qalma müddəti bitmədən ölkəni tərk edə bilməyən əcnəbilərin 1 iyul tarixinə qədər qalmasına icazə verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, Gürcüstan hökumətinin 28 yanvar 2020-ci il tarixli 164 nömrəli fərmanında dəyişiklik edilib və 14 mart 2020-ci il tarixinədək Gürcüstanda qanuni olaraq yaşayış icazəsi olan və qlobal pandemiyanın səbəb olduğu məhdudiyyətlərə görə ölkəni tərk edə bilməyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə 1 iyul 2021-ci il tarixinədək Gürcüstan ərazisində olmaq hüququ verilib.

Qeyd olunub ki, həmin şəxslərin ölkədə qalmasına aşağıdakı hallarda icazə veriləcək:

- Şəxsin vətəndaşı olduğu ölkə müvafiq dövr üçün yüksək risk zonasına daxil edilibsə;

- Sərhəd keçidinə məhdudiyyət müvafiq dövlət tərəfindən qoyulubsa;

- Şəxs xəstəxanadadırsa, sağlamlıq vəziyyətinə görə karantin və ya təcriddədirsə;

- Şəxs müəyyən edilmiş müddətdə təxirə salınmış uçuşlara görə ölkəni tərk edə bilmirsə.

Qeyd edək ki, müvafiq qərar daha əvvəl avqustun 6-da qəbul edilib və əcnəbilərin ölkədə qanuni qalma müddəti 31 dekabradək uzadılıb.

Səid Babazadə

Digər xəbərlər