Gürcüstan müntəzəm aviareysləri bərpa edib

Gürcüstan müntəzəm aviareysləri bərpa edib
# 01 fevral 2021 08:30 (UTC +04:00)

Gürcüstan bu gündən bütün istiqamətlər üzrə müntəzəm aviareysləri bərpa edib.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar bir neçə gün öncə Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən, həmçinin ölkəyə daxil olmaq arzusunda olan bütün hava yolu şirkətləri ölkəyə uçuşlar planlaşdıra və həyata keçirə bilərlər.

Bildirilib ki, uçuşlar müvafiq tibbi protokollara və təhlükəsizlik qaydalarına uyğun həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR