Gürcüstanda 444 nəfərdə COVID-19 virusu aşkarlanıb

Gürcüstanda 444 nəfərdə COVID-19 virusu aşkarlanıb
# 25 aprel 2020 02:14 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 444 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5888 nəfər saxlanılır, stasionar müalicədə isə 571 nəfər var. Virusa yoluxmuş şəxslərdən 132-si sağalıb, 5 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR