Gürcüstanda "AstraZeneca" vaksini vurulan tibb bacısının halı pisləşib

Gürcüstanda "AstraZeneca" vaksini vurulan tibb bacısının halı pisləşib
# 18 mart 2021 20:06 (UTC +04:00)

Gürcüstanın Axalsıx şəhərində yaşı 30-dan az olan tibb bacısı yeni növ koronavirus (COVID-19) əleyhinə "AstraZeneca" vaksini vurulduqdan sonra halı pisləşərək xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla əlaqədar Gürcüstanın səhiyyə naziri araşdırmalara başlayıb.

Qeyd edək ki, Gürcüstanda vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin vaksinasiyası aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR