Gürcüstanda aprelin 17-dən minik avtomobillərinin hərəkəti qadağan edilir

Gürcüstanda aprelin 17-dən minik avtomobillərinin hərəkəti qadağan edilir
# 16 aprel 2020 23:39 (UTC +04:00)

Gürcüstan hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə aprelin 17-dən etibarən ölkədə minik avtomobillərinin hərəkətinin tamamilə qadağan edilməsi barədə qərar verib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə Gürcüstanın Baş Nazirinin xarici işlər üzrə köməkçisi İrakli Çikovani bildirib.

“Sabah saat 12:00-dan fövqəladə vəziyyət rejimi müddətində, yəni 21 aprel tarixinə qədər ölkədə avtomobillərin hərəkəti tamamilə qadağan edilir”, - Çikovani belə deyib.

Baş Nazir müşavirinin sözlərinə görə, məhdudiyyətlər yük daşınmasına, eləcə də distribütor avtomobillərinin işinə təsir göstərməyəcək. O bildirib ki, normal rejimdə apteklər, ərzaq mağazaları, həmçinin çatdırılma xidmətləri işini davam etdirəcək.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası səbəbindən martın 21-dən aprelin 21-dək fövqəladə vəziyyət rejimi tətbiq olunur. Martın 31-dən isə ölkədə sərbəst hərəkət qadağan olunub, saat 21:00-dan 06:00-dək komendant saatının tətbiqinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR