Gürcüstanda atışma olub, ölən və yaralananlar var - FOTO

Gürcüstanda atışma olub, ölən və yaralananlar var - FOTO
# 08 avqust 2020 23:28 (UTC +04:00)

Gürcüstanın Axalkalaki şəhərində bir qrup şəxs arasında atışma olub, nəticədə bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

APA-nın yerli bürosu xəbər verir ki, faktı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) təsdiqləyib.

Bildirilib ki, qarşıdurma zamanı şəhərdə dörd ev və bir hotel yandırılıb. Hadisə yerinə bölgənin polis bölmələri tam heyətlə səfərbər edilib, həmçinin yanğınsöndürmə briqadaları cəlb olunub. Atışmanın saat 19:00-da başladığı və təxminən 1 saat davam etdiyi bildirilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR