Gürcüstanda hakim partiyanı daha bir millət vəkili tərk edib

Gürcüstanda hakim partiyanı daha bir millət vəkili tərk edib
# 12 dekabr 2019 20:50 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasını daha bir millət vəkili tərk edib.

APA-nın yerli bürosu xəbər verir ki, millət vəkili Otar Çrdileli parlament çoxluğunu tərk etdiyini açıqlayıb.

Bu barədə özünün sosial şəbəkə hesabında məlumat verən deputat bildirib ki, istefası hakim partiyanın digər üzvləri ilə məhkəmə sistemi sahəsindəki fikir ayrılığından qaynaqlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR