Gürcüstanda hakimiyyətlə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq növbəti dəfə uğursuz başa çatıb

Gürcüstanda hakimiyyətlə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq növbəti dəfə uğursuz başa çatıb
# 31 mart 2021 00:43 (UTC +04:00)

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası ilə müxalifət arasında Avropa İttifaqının (Aİ) dəstəklədiyi dialoq prosesinin ikinci mərhələsi uğursuz başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçi təyin etdiyi şəxsi nümayəndəsi Kristian Danielson 7 saata yaxın davam edən danışıqlardan sonrakı açıqlamasında bildirib ki, onun təkliflərini nə hakimiyyət, nə də müxalifət qəbul edib.

“Bu gün mən Prezident Şarl Mişelin şəxsi nümayəndəsi kimi ikinci vasitəçilik missiyamı tamamladım. Aydın danışacam, bu böhranın həlli var. Bu, vacib seçki və məhkəmə islahatlarının aparılması, xüsusilə də parlamentdə hakimiyyətin yenidən bölüşdürülməsi qərarıdır”, - Danielson belə deyib.

K.Danielson tərəflərdən heç birinin kompromisə getməyə hazır olmadığını, görüşün nəticəsiz başa çatması ilə əlaqədar gürcü xalqının məyusluğunu bölüşdüyünü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR