Gürcüstanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb
# 07 mart 2020 23:47 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 13 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin yaratdığı xüsusi saytda məlumat yayılıb.

Bundan əvvəl ölkənin Səhiyyə Nazirliyi 12 nəfərin bu virusa yoluxmasını təsdiqləmişdi. Yoluxanların əksəriyyəti ya İtaliyaya səfər edənlər, ya da oradan gələn şəxslərlə əlaqəsi olanlardır. Qalanları isə İranda səfərdə olublar. Virus daşıyıcıları arasında Gürcüstan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktoru Amiran Qamkrelidzenin oğlu Nikoloz Qamkrelidze də var.

Məlumata görə, hazırda Gürcüstanda 141 nəfər karantinə alınıb, 69 nəfər isə stasionar nəzarətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR