Gürcüstanda koronavirusa yoluxanların sayı 211 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 211 nəfərə çatıb
# 08 aprel 2020 22:56 (UTC +04:00)

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 211 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4559 nəfər saxlanılır, stasionar müalicədə isə 353 nəfər var. Virusa yoluxmuş şəxslərdən 50-si sağalıb, 3 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR