Gürcüstanda koronavirusa yoluxanların sayı 783 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 783 nəfərə  çatıb
# 31 may 2020 11:12 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 26 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 783 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3031 nəfər karantində saxlanılır, 262 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 605 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR