Gürcüstanda koronavirusa yoluxanların sayı 800 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 800 nəfərə çatıb
# 03 iyun 2020 00:37 (UTC +04:00)

Gürcüstanda daha 4 koronavirusa yoluxma halı təsdiqlənib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, yoluxan şəxslər xarici ölkə vətəndaşları olan yük maşını sürücüləridir.

Bununla da qonşu ölkədə yeni növ koronavirusa yoluxanların sayı 800 nəfərə çatıb. Onlardan 634 nəfərin sağaldığı, 13 nəfərin isə vəfat etdiyi bildirilib. Ölkə üzrə ümumilikdə 2424 nəfər karantində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR