Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb

Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb
  • Clock-gray 08:49
  • calendar-gray 30 Oktyabr 2020

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda yük maşını ilə mikroavtobus toqquşub, nəticədə 5 nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA-nın yerli bürosu Gürcüstan Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, hadisə gecə saatlarında yolun 77-ci kilometrində  baş verib.

Bildirilib ki, yük maşını Türkiyə dövlət qeydiyyat nişanlı olub.

Faktla bağlı cinayət işi açılıb.

Səid Babazadə

Digər xəbərlər