Gürcüstanın keçmiş prezidenti Gamsaxurdiyanın oğlu bıçaqlanıb

Gürcüstanın keçmiş prezidenti Gamsaxurdiyanın oğlu bıçaqlanıb
# 20 dekabr 2019 05:38 (UTC +04:00)

Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiya Tbilisidə sinə nahiyəsindən bıçaqlanıb.

APA “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, hadisə paytaxtın Vera ərazisində baş verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi məlumatında isə onun yaralandığı bildirilsə də, hansı silahdan xəsarət yetirildiyi açıqlanmayıb: "Tsotne Qamsaxurdiya yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Onun odlu və ya soyuq silahla vurulduğu müəyyənləşdirilir".

Hadisənin kim tərəfindən törədildiyi də bildirilməyib.

"Adam öldürməyə cəhd" maddəsi ilə cinayət iş başlanılıb. Hadisəni törədən şəxsi 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir.

T. Qamsaxurdiyanın vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Tsotne Zviad Qamsaxurdiyanın ikinci oğludur.

Xatırladaq ki, 2009-cu ildə Tsotne Qamsaxurdiya qonşusu David Badjhelidzeyə tapança ilə xəsarət yetirmək ittihamı ilə polis tərəfindən saxlanılıb. Tbilisi şəhər məhkəməsi onu 2010-cu ildə 9 il 6 ay müddətinə həbs cəzasına məhkum edib.

2011-ci ildə həbsxanada olarkən həbsxana işçisinə rüşvət verməkdə günahlandırılaraq, ona daha 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

2012-ci ilin oktyabrında Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Katolikos-Patriarx II İliyann xahişi ilə onu əfv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR