Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib

Gürcüstanla Fransa arasında müntəzəm uçuşlar bərpa edilib
# 08 avqust 2020 23:46 (UTC +04:00)

Fransa ilə Gürcüstan arasında müntəzəm aviareyslər bərpa edilib.

APA-nın yerli bürosu xəbər verir ki, uçuşlar Fransanın “Air France” aviaşirkəti tərəfindən həyata keçirilir.

Uçuşların “Airbus A320” və “Airbus A321" təyyarələri ilə həftənin çərşənbə və şənbə günləri Paris-Tbilisi, cümə axşamı və bazar günləri isə Tbilisi-Paris istiqamətində həyata keçiriləcəyi bildirilib.

Artıq 178 sərnişin Paris-Tbilisi istiqamətində hərəkət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR