Həkim: "Aleksey Navalnının vəziyyəti sabitləşib"

Həkim: "Aleksey Navalnının vəziyyəti sabitləşib"
# 20 avqust 2020 15:30 (UTC +04:00)

Rusiyalı bloger Aleksey Navalnının vəziyyəti sabitləşib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bunu Omsk xəstəxanasının həkimi bildirib.

Onun sözlərinə görə, A. Navalnının vəziyyətini sabitləşdirməyə nail olublar.

“Bu, ehtiyatlı proqnoz əlamətidir”, - deyə həkim vurğulayıb.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A. Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR