İnquşetiyanın paytaxtında naməlum şəxslər yol polisi postuna hücum edib

İnquşetiyanın paytaxtında naməlum şəxslər yol polisi postuna hücum edib
# 01 yanvar 2020 05:34 (UTC +04:00)

İnquşetiyada naməlum şəxslər tərəfindən yol polisi postuna hücum edilib.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç polis əməkdaşı yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Maqasın girişində yerləşdirilmiş yol polisi postuna hücum edən naməlum şəxslər zərərsizləşdirilib.

İnquşetiya Daxili İşlər Nazirliyinin rəhbərliyi hadisə yerinə gəlib.

Səhiyyə Nazirliyinin nümayəndəsi yaralı polislərin və hücum edənlərdən ikisinin reanimasiya şöbəsinə yerləşdirildiyini bildirib.

Polislərin vəziyyəti orta-ağır qiymətləndirilir. Cinayətkarlardan birinin vəziyyətinin isə ağır olduğu deyilir.

Hadisənin baş verdiyi ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR