İqor Dodon Moldova daxilində səslərin nəticəsinə görə rəqibini böyük fərqlə qabaqladığını açıqlayıb - YENİLƏNİB

İqor Dodon Moldova daxilində səslərin nəticəsinə görə rəqibini böyük fərqlə qabaqladığını açıqlayıb - YENİLƏNİB
# 16 noyabr 2020 00:20 (UTC +04:00)

Moldovanın hazırkı prezidenti İqor Dodon bazar günü keçirilən səsvermənin nəticələri ilə bağlı keçirilən brifinqdə respublika ərazisində səslərin sayına görə qalib gəldiyini söyləyib.

APA TASS-a istinadən xəbər verir ki, Dodon bildirib ki, təxmini hesablamalara görə, ölkə daxilində kifayət qədər böyük bir fərqlə irəlidədir.

Dodon həm tərəfdarlarını, həm də Maya Sandunu tərəfdarlarını sakit olmağa çağırıb və ölkədə sabitliyin pozulmasının qarşısını almağa söz verib.

***

00:11

Noyabrın 15-də Moldova vaxtı ilə saat 22.00-a olan məlumata görə, ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda seçicilərin 52,63 faizi səsvermədə iştirak edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd edək ki. Moldova vətəndaşları növbəti dörd il müddətinə ölkəni idarə edəcək dövlət başçısını seçirlər.

Xatırladaq ki, ikinci müddətə prezidentliyə namizəd hazırkı dövlət başçısı İqor Dodon və keçmiş baş nazir, müxalifət partiyasının lideri Maia Sandu ikinci tura yüksəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR