İran XİN başçısı Rusiyada səfərdədir

İran XİN başçısı Rusiyada səfərdədir
# 26 yanvar 2021 12:24 (UTC +04:00)

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edib.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Cavad Zərif Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

İran və Rusiya XİN başçıları Dağlıq Qarabağ məsələsi, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı, Suriya, Əfqanıstan və Körfəzdəki vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Cavad Zərif yanvarın 23-24-də Bakıya səfər edib. Rusiyadan sonra İran XİN başçısı Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edəcək.

Xatırladaq ki, bu, artıq pandemiya dövründə Cavad Zərifin Rusiyaya dördüncü səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR