İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq olunub

İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq olunub
# 20 fevral 2020 20:51 (UTC +04:00)

İranın İslami İrşad və Mədəniyyət Nazirliyi koronavirusla bağlı önəmli bəyanat yayımlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda koronavirus haqqında şayiə və qeyri-rəsmi məlumatların yayılmaması üçün KİV-lərə və sosial şəbəkə istifadəçilərinə tövsiyələr edilib.

Xəbərlərin yayımında xəbərin qaynağı və düzgünlüyünə diqqət etmək, mənbəyi göstərilməyən səs və video təhlillərin və şayiələrin yayılmaması, rəsmi orqanlardan təsdiqlənməmiş statistikanın yayılması xalqın psixoloji sabitliyini hədəfə alır. Buna görə rəsmi xəbər saytlarının xəbərlərinə istinad etmək tövsiyə olunur.

"Koronavirus beynəlxlaq bir problemdir. Prezident bütün orqanlara etibarlı və dəqiq xəbər çatdırmağa dair göstəriş verib. Bütün KİV nümayəndələrindən gözləntimiz budur ki, bu məsələdə əvvəl xəbərin doğruluğunu prioritet seçsinlər və daha sonra sürət və rəqabətə diqqət etsinlər.

Məsələnin önəmini nəzərə alaraq yalnız aidiyyəti üzrə rəsmi quruma, xüsusilə Səhiyyə Nazirliyinin xəbərlərinə istinad olunsun. Aidiyyəti olmayan başqa qurum rəhbərləri və məsul şəxslərin münasibətlərini yaymaqdan çəkinin.

Sosial şəbəkələrdə saxta və yalan xəbərlərin yayılmasının qarşısını almaq məqsədilə rəsmi agentliklər və xəbər qaynaqları daha aktiv işləsinlər", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR